Paşinyana müxalifətdə olan siyasətçini Ermənistana buraxmadılar

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana müxalifətdə olan siyasətçini Ermənistana buraxmadılar

Rəsmi

14 İyul 2022 15:12 802


Ermənistanda müxalif “Daşnaksutyun” Partiyasının üzvü Murad Papazyanın ölkəyə girişinə qadağa qoyulub. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb:

“Əziz dostlar, sizə böyük kədər hissi ilə bildirirəm ki, dünən məni Ermənistana buraxmadılar. Baş nazir Nikol Paşinyanın göstərişi ilə məni vətənimdə arzuolunmaz şəxs kimi təqdim ediblər. Polis məni İrəvana yenicə düşən təyyarədə saxladı və pasportumu müsadirə etdi. Bilirdim ki, Azərbaycana və Türkiyəyə girişimə qadağa qoyulub, indi də bilirəm ki, Paşinyanın Ermənistanında mənə eyni qadağa tətbiq edilib. Dominos pizza

Ermənistan dövləti uğrunda 40 illik mübarizəmdən sonra belə bir münasibətə “layiq olmaq” mənə sadəcə ağrı verir. Nikol Paşinyanın bu qərarı onun üzərinə düşən məsuliyyəti dərk etməməsi barədə olan bir faktdır.

Gec-tez Ermənistan xalqı əmin olacaq ki, Ermənistanı zəiflətmək üçün hər cür səy göstərəcək bu liderdən yaxa qurtarmaq lazımdır. Diaspor da anlayır, amma artıq dayan deməyin vaxtıdır”, - deyə müxalifətçi yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!