Ermənistanın Vayosdzor bölgəsinin Getap kəndinin sakini Baş nazir Nikol Paşinyanın onun ikinci Qarabağ müharibəsində ölən qohumunun məzarı üstünə gül qoymasına icazə verməyib.
"Report" xəbər verir ki, hadisənin videosunu “News.am” saytında yerləşdirilib.
"... Bu, qardaşımın məzarıdır. Mənim haqqım var ... sizə icazə vermirəm" – kişi baş nazirə deyib. pizza hut
Nəşr bildirib ki, Paşinyan sonradan yenidən məzara yaxınlaşıb, vətəndaşla danışmağa çalışıb. Ancaq kişi bildirib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.
Telegram kanalımız