Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbilə müddətsiz aclığa başlayan müxalif “Daşnaksütyun” partiyasının fəalı Geqam Manukyan aksiyanı Nazirlər Kabinetinin binası qarşısında davam etdirmək istəsə də, polis imkan verməyib.
Yenisabah.az xəbər verir ki, “Uşaqlar, cənab polislər, hər şey bir gün sona çatacaq”, - deyə o polislərə xitabən deyib.
Geqam Manukyan hüquq müdafiəçisi Avetik İşxanyanın aclıq aksiyasının xeyri olmayacağı, kiminsə ölümünün Paşinyanı maraqlandırmadığı barədə fikirlərinə cavab olaraq deyib: “Düşünürəm ki, iş bu qədər uzanmayacaq. Nikol Paşinyan gec-tez istefa verəcək”. Sezar pizza
Telegram kanalımız