Paşinyana qarşı çıxan iki mer həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana qarşı çıxan iki mer həbs olundu

Rəsmi

16 İyul 2021 16:37 922


Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Armen Melkonyan iyulun 16-da jurnalistlərə bildirib.

Məlumata görə, Aruşanyana qarşı 5 maddə üzrə ittiham irəli sürülüb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, dövlətə və ya ayrı-ayrı şəxslərə, yaxud təşkilatlara iri məbləğdə ziyan vurmaqda, uyğun layihələrdən yayınmaqda, insan sağlamlığına zərər vumaqda, ətraf mühiti çirkləndirməkdə, faydalı qazıntı yataqlarını qanunsuz istismar etməkdə və s. ittiham olunur. Dominos pizza

Qeyd edək ki, ötən il dekabrın 21-də Ermənstanın Baş naziri Nikol Paşinyan Sisian, Gorus, Qafan və Meğriyə səfər planlaşdırmışdı. Ancaq yollar bağlanıldığından Gorusa gedə bilməmiş, kəndlərdən birində sakinlərlə görüşmüşdü.

Xatırladaq ki, Sisianın meri Artur Sarkisyan da iyulun 16-sı gecə yarısı həbs edilib.

Həbs olunan hər iki mer Nikol Paşinyana müxalifətdə olanları dəstəkləyənlərdən, Baş nazirin regiona səfərinin boykotunu təşkil edənlərdən sayılırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!