Paşinyana qarşı fransız planı?!

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana qarşı fransız planı?!

Dünya

28 Fevral 2021 11:39 872


Ermənistan XİN-də səfirlərlə Nikol Paşinyanın əleyhinə yekdil bəyanatın verilməsi üçün məsləhətləşmələr aparılır, bəyanatın mətni ilə bağlı üç variant var: itaətsizlik; baş nazirin istefası; baş qərargah rəisinə dəstək;

Publika.az xəbər verir ki, bu iddia fonunda gün ərzində (27 fevral) baş verənlər maraqlıdır:

- Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağın “statusu” məsələsini gündəmə gətirdi; Dominos pizza

- Ermənistan XİN ermənilərin Hadrut və Şuşaya da qayıtmalı olduğunu bəyan etdi;

- Qarabağdakı separatçılar “Azərbaycanın bir hissəsi ola bilmərik” tezisi ilə çıxış etdilər;

Burada girişdəki iddianın davamına baxaq: “Paşinyana qarşı bəyanatın qəbul edilməsini ən çox Avropadakı səfirlər istəyir”.

Bu, Avropadakı qüvvələrin, böyük ehtimalla, münaqişənin həllindən kənarda qalan və “status” məsələsi üzərindən həmsədr ölkə kimi yenidən bölgəyə qayıtmaq istəyən Fransanın oyuna daxil olduğu ehtimalını önə çıxarır: Makron diplomatlar üzərindən Ermənistanda öz planlarını inşa etmək istəyir...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!