Paşinyandan daha bir sərsəm açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan daha bir sərsəm açıqlama 

Dünya

23 Oktyabr 2020 19:46 3301


Bir tərəfdən Ermənistanın sülh danışıqlarına hazır olduğunu bəyan edən erməni Baş nazir Nikol Paşinyan digər tərəfdən danışıqların əhəmiyyətini heçə endirən açıqlamalarını davam etdirir. 

Yenisabah.az xəbərinə görə, Paşinyan bu dəfə “İntefaks”a müsahibəsində bildirib ki, Ermənistanın əsas hədəfi beynəlxalq aləmin “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa nail olmaqdır. Bununla da Paşinyan sülh danışıqlarına hazır olmaq barədə dediklərində səmimi olmadığını ortaya qoyub.

Siyasi analitiklər hesab edir ki, erməni Baş nazirin ziddiyyətli açıqlamar verməsinin bir neçə səbəbi var. Əsas səbəb əlbəttə ki, hakimiyyət məsələsidir. Qarabağdakı eskalasiyanın əsas səbəbkarı Nikol Paşinyandır. Onun təxribatçı açıqlamaları və davranışları münaqişənin alovlanmasını şərtləndirib. Bununla da Ermənistanı fəalkətə sürükləyib. Paşinyan fərqindədir ki, artıq erməni xalqı arasında etimadını itirməkdədir. Onun üçün əsas təhlükə isə Qarabağ klanıdır. Baş nazir keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın liderlərindən olduğu klanı neytrallaşdırmaq üçün Qarabağ məsələsində dirəniş göstərməyi optimal variant hesab edir. Dördpendirli pizza

Buna rəğmən sülh danışıqlarına hazır olduğunu dilə gətirməklə isə Qarabağda birmənalı məğlubiyyətinin qarşısını almağı düşünür. Paşinyanın açıqlamalarından aydın şəkildə sezilir ki, onun “sülh” və “hərb” məsələsində alternativləri yoxdur. Yəni, sülhdən danışan eməni Baş nazir bunu Dağlıq Qarabağın müstəqilliyində görür ki, Azərbaycan heç vaxt bununla razılaşmaz. Paşinyan üçün isə sülh məsələsində bundan başqa alternativ yoxdur. Savaşa gəlincə, Ermənistan məğlub durumdadır və yenə də erməni Baş nazirin alternativ savaş planı yoxdur. Hər halda belə görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!