Paşinyandan ölkədə vətəndaş müharibəsi tərəfdarları ilə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan ölkədə vətəndaş müharibəsi tərəfdarları ilə bağlı xəbərdarlıq

Rəsmi

19 İyun 2021 00:34 1584


Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib. Dördpendirli pizza

Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

Ermənistan parlamentinə növbədənkənar seçkilər 20 iyunda, ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!