Paşinyandan partiyadaş deputatlara təlimat:   “Rusiya barədə danışmayın”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan partiyadaş deputatlara təlimat: “Rusiya barədə danışmayın”

Rəsmi

31 İyul 2021 12:50 1524


“Hökumətyönlü deputatlara Ermənistan-Rusiya münasibətlərinin daxili mətbəxinin açılması prosesindən və Rusiyaya qarşı bəyanatlardan çəkinmək tapşırılıb, çünki bu, dövlətə və erməni xalqına baha başa gələ bilər”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir: " Ermənistan-Rusiya münasibətlərindən danışmaq hüququ yalnız Nikol Paşinyana verilir. Hökumətin son iclasında o, son hərbi toqquşmalar və davam edən sükut fonunda, Azərbaycanla bütün sərhəd boyunca KTMT -nin dayaq nöqtələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini qaldırıb. pizza sifarişi

Baş nazir iclasda deyib: "KTMT çərçivəsində belə bir missiyanın həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, ATƏT-in Minsk Qrupunun həmsədrliyi də daxil olmaqla, digər beynəlxalq səviyyədə tanınmış formatlar bizim üçün məqbul ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!