Ermənistan Baş naziri Nikol Paşinyanla bu gün ABŞ Dövlət Deprtamentinin katibi Entoni Blinkenlə danışıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər. Sezar pizza
Bundan əvvəl baş nazirin Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
N.Paşinyan durumun son dərəcə gərgin olduğunu söyləyib. E.Makron dialoq və sülhü təmin etməyə hazır olduğunu xatırladıb.
Bundan başqa, Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.
Ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Telegram kanalımız