Ermənistanın baş naziri Nikol Paşinyan parlament çoxluğunu təşkil edən “Vətəndaş sazişi” fraksiyasının üzvlərinə yeni siyasi xətt müəyyən edib.
Yenisabah.az xəbər verir ki, Erməni mediasının yaydığı məlumata görə, baş nazir son toplantıda deputatlara müxalifətə qarşı daha aqressiv ritorika ilə çıxış etməyi tapşırıb. O, bildirib ki, müxalifətçilərin iradlarına “birə on” prinsipilə reaksiya verilməli, cəmiyyətə onların parlament fəaliyyətinin formal xarakter daşıdığı və əsas məqsədlərinin yalnız maaş almaq olduğu aşılanmalıdır.
Mənbənin sözlərinə görə, Paşinyan çıxışında həmçinin vurğulayıb: “Keçmiş dövrü indiki siyasi mühitlə qarşılaşdırın, onları mümkün qədər ifşa edin, heç bir güzəştə getməyin”. Dominos pizza
Əsmətxanım
Telegram kanalımız