“Xalq küçələrə çıxmalıdır, çünki onlar başa düşməlidirlər ki, bu günlərdə Ermənistan və “Artsax”ın taleyi həll olunur”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri müxalif “Respublikaçılar” partiyasının üzvü, sabiq deputat Eduard Şarmazanov “Stop Nikol” aksiyası zamanı jurnalistlərlə söhbətində deyib:
“Bizim vəzifəmiz etirazlarla, eləcə də dinc itaətsizlik vasitələri ilə hakimiyyətə onu göstərməkdir ki, nəticə ancaq bu hakimiyyət gedəndə olacaq. Onların gücü tükəndi və bu güc noyabrın 9-da artıq bitdi. Dördpendirli pizza
Baş nazir deyir ki, mən müharibəni dayandıra bilərdim, amma dayandırmadım. Oktyabrın 19-da Paşinyanla görüşəndə mən ondan soruşdum ki, azərbaycanlılar nə deyir, müharibəni dayandırmaq üçün nə istəyirlər? O isə dinmədi. Bu adam xaindir!”
Telegram kanalımız