Paşinyanı devirmək mümkündür?  -   “Müxalifətin yalnız bir yolu qalır - terror“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanı devirmək mümkündür? - “Müxalifətin yalnız bir yolu qalır - terror“

Rəsmi

16 May 2022 15:56 890


“Ermənistandakı mitinqlərin hər birində orta hesabla 1.500-2.000 insan iştirak edir ki, bu da azalan tendensiyanı göstərir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Strateji Təhqiqatlar Mərkəzi mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

O, Ermənistanda müxalifətin həyata keçirdiyi itaətsizlik aksiyalarında iştirakçı sayının ciddi azalmasının səbəblərini izah edib: Marqarita pizza

“Onlar Baş nazirin istefası, Azərbaycana güzəştlərin verilməsi və Qarabağla bağlı revanşın alınmaması məsələsinə görə küçələrə tökülüşüblər. Mayın 1-də aksiyalarda 12.500 nəfər iştirak edib. Növbəti gün 2.800 nəfər, üçüncü gün 5 min. Lakin sonrakı günlərdə artıq mitinqlər İrəvanın mərkəzi meydanlarından kənar küçələrə sıçrayıb, o cümlədən əyalətlərə. Ümumilikdə, bu mitinqlərin hər birində orta hesabla 1.500-2.000 nəfər iştirak edib ki, bu da azalan tendensiyanı göstərir.

Aksiyalar aprelin 25-dən davam edir, amma temp ölməkdədir. İndi tənqid etdikləri və istefaya çağırdıqları Paşinyan müharibədən dərhal sonra Baş nazir seçilib. Dünyanın heç bir yerində belə bir yanaşma yoxdur ki, məğlub ölkənin rəhbəri müharibədən sonra keçirilən seçkilərdə qalib gəlsin. Bu da Ermənistan asburdlarından biridir”.

Siyasi şərhçinin sözlərinə görə, aksiyalarda saxlanılanların sayı günü-gündən çoxalır:

“Son rəqəmlərə görə, haradasa 200-400 insan. Təbii ki, bu reaksiyalar getdikcə öləcək. Paşinyan hökuməti Azərbaycanla və Türkiyə ilə barış sazişinə Ermənistan müxalifətindən ciddi təpkilər istəmir. Etirazçılar isə sülh müqaviləsi öncəsi “Qarabağı Azərbaycana satdı”, yaxud “Ermənistanı Türkiyəyə satır” iddialarıyla hakimiyyətə ciddi zərbə endirmək istəyir. Amma bu əks-effekt verdi və bu oyunda biz məhz Paşinyanın arqumentlərinin güclü olduğunu gördük.

Sadəcə ilkin imzaya qədər gözləmək lazımdır. Bu, Ermənistan müxalifəti üçün yalnız bir yol saxlayacaq: hakimiyyətdəki siyasi qüvvələrə qarşı terror aksiyaları”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!