Paşinyanı ələ saldılar

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanı ələ saldılar

Dünya

01 Fevral 2021 08:46 988


Gov.am saytında Ermənistan baş nazirinin köməkçiləri siyahısında Qaqik İsaxanyan adlı bir nəfərin də adı var, tərcümeyi-halında göstərilir ki, o, stomatoloqdur. Təyinat 21 yanvar 2021 ildə olub.

“Yeni Sabah” Virtualaz.org-a istinadən bildirir ki, bunları "Qraparak.am." nəşri yazıb.

"Cənab İsaxanyanın baş nazirin aparatında hansı fəaliyyətlə məşğul olacağı aydın deyil. Bu təyinat artıq sosial şəbəkələrdə "zarafat" üçün bir bəhanə olub, insanlar növbəti dəfə proktoloq seçməyi təklif edirlər. Digərləri isə Paşinyanın, hakimiyyətin klan sisteminə dair bəyanatlarını xatırladırlar", - deyə nəşr vurğulayıb. pizza sifarişi

Qaqik İsxanyanın tərcümeyi-halından görünür ki, o, 16 aprel 1989-cu ildə İcevanda anadan olub. 2005-2011-ci illərdə Yerevanın "Aybusak" universitetində stomatoloq ixtisası üzrə təhsil alıb. 2020-ci ilədək isə "Vardges Dövlatbekyan" müəssisəsində həkim-stomatoloq vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!