“Paşinyanı hakimiyyətdən salacağıq” - Şarmazanovdan SENSASİYA

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyanı hakimiyyətdən salacağıq” - Şarmazanovdan SENSASİYA

Siyasət

27 Yanvar 2025 22:51 530


“Biz Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağıq”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika” Partiyasının üzvü Eduard Şarmazanov deyib.

“Paşinyan siyasi cəhətdən müflisdir. Onun heç bir dəstəyi yoxdur. Hətta Paşinyanın komandasında da onun Ermənistanı məhvə apardığını başa düşürlər. Onu kənarlaşdıracağıq. Mən hələlik vaxt açıqlamaq istəmirəm. Amma 2025 Paşinyan hökuməti və Ermənistan üçün çox çətin il olacaq. Paşinyanın dövründə Ermənistan klassik mənada mövcud olmayıb. Paşinyanın istefası məsələsində siyasi və ictimai konsensus var. Bu konsensusun aktorları fikir ayrılıqlarını bir kənara qoyub Ermənistanın Paşinyandan azad edilməsi məsələsində birləşməlidir”, – deyə Şarmazanov vurğulayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!