Paşinyanın adamı Köçəryana meydan oxudu

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın adamı Köçəryana meydan oxudu

Dünya

08 Fevral 2021 17:50 725


“Biz Robert Köçəryanın növbədənkənar parlament seçkilərində iştirakından qorxmuruq. Onun bu qərarını müzakirə etməmişik”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının başçısı Lilit Makunts ölkənin keçmiş prezidenti R.Koçaryanın siyasətə qayıdışı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Qərarı qorxudan qəbul etməyimiz mümkün deyil. Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi tərəfimizdən təklif edilib”, - o bildirib. Toyuqlu pizza

Fraksiya başçısı söyləyib ki, Ermənistanın böhrandan çıxması ilə bağlı “yol xəritəsi” reallaşdırmağı davam etdirirlər. Bunun nəticələrinə əsasən, növbədənkənar seçkilərin keçirilməsi məsələsini müzakirə etmək olar.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsini parlamentdəki müxalifət, eləcə də parlamentdənkənar qüvvələr tərəfindən də müsbət qarşılanmayıb. Deputat bu ilin iyununda “yol xəritəsi”nin həyata keçirilməsinə yekun vuracaqlarını bildirib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!