Paşinyanın arvadı erməniləri yenə qəzəbləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın arvadı erməniləri yenə qəzəbləndirdi

Hadisə

15 Fevral 2021 16:01 801


Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və parlamentin vitse-spikeri Lena Nazaryan Qarabağda ölən erməni hərbçisi Arşak Tonoyanın ailəsini ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Akopyan "Facebook"da fotolar paylaşıb. Bildirib ki, onlar Şirak bölgəsinin Anuşavan kəndində yaşayan hərbçi ailəsinə baş çəkiblər.

Əvvəlki ziyarətlərində olduğu kimi, Akopyanın bu addımı da ermənilər tərəfindən qınanılıb. Narazı ermənilər sual ediblər ki, Akopyan nə vaxta qədər evində hələ də yas əhvalı olan hərbçi ailələrini xoşbəxt sima ilə, gülərüzlə ziyarət edəcək? Marqarita pizza

İctimai fəal Arevik Ohanesyan Akopyanın şəkillərini payalaşaraq yazıb: "Fotodakı baxışları belə adlandırardım- qatil həmişə cinayət yerinə qayıdır". (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!