Paşinyanın arvadı onları təhqir etdi: “Eşşək”, “bit”...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın arvadı onları təhqir etdi: “Eşşək”, “bit”...

Siyasət

26 May 2025 09:45 454


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ötən həftədən etibarən sosial şəbəkələrdə tənqidlərə təhqirlə cavab verməyə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, o, paylaşımlarında onu tənqid edən şəxslərə qarşı sərt və təhqiredici ifadələrlə cavab verir.

Akopyan son günlər ard-arda statuslar paylaşaraq, həm şəxsi üslubuna, həm də siyasi fikirlərinə yönələn iradları səsləndirən tənqidçilərini müxtəlif formada etinasız və səviyyəsiz adlandırmaqdan çəkinmir, onları “bit” və “eşşək” kimi ifadələrlə aşağılayır. pizza sifarişi

Jurnalistlər və media qurumları da onun hədəfinə çevrilib – o, bəzi xəbər resurslarını və onların yazarlarını qeyri-peşəkar və savadsız olmaqda ittiham edib.

Onun bu hərəkəti hüquq müdafiəçiləri və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!