Paşinyanın arvadından şok addım:   Ölmüş əsgərin...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın arvadından şok addım: Ölmüş əsgərin...

Hadisə

12 Yanvar 2021 18:52 1482


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan cəmiyyəti hiddətləndirən addımı ilə diqqət çəkib. Akopyan döyüşlərdə ölən əsgərin ailəsi onunla şəkil çəkdirməkdən imtina etdiyi üçün onları ziyrətdən imtina edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Irakanum.am” saytı məlumat yayıb.

Məlumata görə, döyüşlərdə öldürülən ailənin üzvləri görüşə razılıq veriblər. Amma Anna Akopyanla şəkil çəkdirmək istəməyiblər. Bu səbəbdən Akopyan əsgərin ailəsi ilə görüşməkdən imtina edib. Anna Akopyanla birlikdə deputat Lena Nazaryan da əsgər ailəsi ilə görüşmək niyyətində olub. Marqarita pizza

Qeyd edək ki, Akopyan yeni il ərəfəsində bir çox ölmüş hərbçinin ailəsini ziyarət edib və həmin ailələrdə çəkilən fotoları “Facebook”dakı hesabında paylaşıb.

Baş nazirin arvadının bu dəfə şəkil çəkdirməkdən imtina edən ailə ilə görüşə getməməsi sosial şəbəkələrin erməni istifadəçilərini qəzəbləndirib. Onlar Akopyanın bu addımını kəskin tənqid ediblər və görüşlərin göstəriş üçün keçirildiyini yazıblar.

Xatırladaq ki, bu Anna Akopyanla bağlı ilk qalmaqal deyil. Akopyan döyüşlərdə ölmüş əsgərin ailəsini evində olarkən telefona baxıb gülməsi ilə diqqət mərkəzinə düşmüşdü. Akopyan telefona baxıb güldüyü vaxt əsgər anası ağlayırdı.  /Missiya.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!