Ermənistan baş nazirinin arvadı Anna Akopyana məxsus olan "Mətbəəmiz" şirkəti 2020-ci ildən bəri 1796575 dram (təxminən 4000 dollar) vergi öhdəliklərini yerinə yetirə bilməyib.
Yenisabah.az "Hraparak"a istinadla xəbər verir ki, şirkətin vergi öhdəliklərinin siyahısı azdarar.am rəsmi saytında yerləşdirilib. Məlumatda Dövlət Gəlirləri Komitəsinin inzibati icraata başlanıldığı bildirilir.
"Paşinyan dəfələrlə vergilərin ödənilməsi mövzusunda danışıb və hətta bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə göstəriş verib. Lakin o, arvadına izah edə bilməyib ki, baş nazirin və ya oliqarxın arvadı olub-olmamasından asılı olmayaraq, vergi öhdəliklərinə əməl edilməlidir", - deyə erməni nəşri qeyd edir. Dominos pizza
Telegram kanalımız