Paşinyanın babası haqda biabırçı fakt üzə çıxdı – Böyük skandal

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın babası haqda biabırçı fakt üzə çıxdı – Böyük skandal

Dünya

11 May 2020 15:32 1837


Ermənistan Baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı paylaşımı dəhşətli faktın üstünü açıb.

“Yeni Sabah” xəbər verir ki, erməni mediasının yazdığına görə, onun babasının da adı Nikol Paşinyan olub.

N.Paşinyanın babasının fotosunu paylaşmasından sonra dərhal yazılan şərhlərdə bildirilib ki, məhz Nikol Vardani Paşinyan 1943-cü ildə faşist Almaniyası sıralarında, Qaregin Njdenin legionunda döyüşüb. Toyuqlu pizza

Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi təkzib axtarışına çıxıb və gülünc bir açıqlama yayıb. Bildirilib ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan iştirak edib. Onlardan biri SS sıralarında döyüşüb, digəri Sovet ordusunda.

“Baş nazirin babası Nikol Paşinyan Sovet ordusunda döyüşüb”, – nazirlikdən verilən açıqlamada bildirilib.

Sosial şəbəkə istifadəçiləri isə Müdafiə Nazirliyini faktları təhrif etməkdə, müharibə arxivini saxtalaşdırmaqda və “İkinci Nikol Paşinyan” uydurub, baş nazirin babasını təmizə çıxarmaq cəhdində ittiham ediblər. /Axar.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!