Paşinyanın Bakıya bu “güzəşti” hiylədir - Moskvadan baxış

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Bakıya bu “güzəşti” hiylədir - Moskvadan baxış

Siyasət

24 Noyabr 2024 17:32 2046


Hesab edirəm ki, indiki mərhələdə AB Ermənistan ərazisindən müşahidəçilərini geri çəkmək istəməyəcək.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı analitik Vladimir Yevseyev erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Ermənistan Baş naziri Paşinyanın AB müşahidəçiləri məsələsində Rusiyanın mövqeyi ortaya qoyulanda bunu suverenliyi ilə əsaslandırması, ancaq Azərbaycana gələndə bunu müzakirə etməyə hazır olduğunu bildirməsi “qəribədir”. pizza mizza

Politoloq Paşinyanın AB müşahidəçilərinin demarkasiya olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyü barədə açıqlamasını da şərh edib:

“Sərhədlərin demarkasiyası müsbət haldır və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ancaq İrəvanın AB müşahidəçilərini demarkasiya olunmuş ərazidən çıxarmaq təklifi əslində müşahidəçiləri saxlamaq cəhdidir, çünki demarkasiya prosesi çox uzun vaxt aparacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!