“Rusiyanın təşəbbüsüylə bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə videokonfrans vasitəsi ilə danışıqları baş tutacaq. Belə bir formatda danışıqlar aprel ayında keçirilib və nəticəsiz başa çatıb”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, belə bir danışıqda əsasən, Ermənistan tərəfi maraqlıdır: “Çünki Azərbaycanın artan hərbi təlimləri və Bakıdan müharibə xəbərdarlıqları onların belə bir danışıqlara sövq edir, maksimum atəşkəsin qorunmasına çalışırlar. Ermənistan hesab edir ki, belə bir formatda danışıqlarla status-kvonu qoruyub saxlayacaq. Ümumiyyətlə, bu cür danışıqlardan heç bir müsbət nəticə gözlənilmir. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan ona qarşı daxildə aparılan mübarizəyə başı qarışıb və onun danışıqlarda kompromisə getməsi qəti mümkün deyil. Şərq Tərəfdaşlığı konfransında erməni baş nazir Qarabağdakı separatçıları tərəf kimi səsləndirdi. Belə olan təqdirdə, Paşinyan Qarabağ münaqişəsinin həllində yetərli gücə malik deyil. Ötən həftə Yerevanda Ermənistan və qondarma Qarabağ rejimin birgə Təhlükəsizlik Şuralarının iclası oldu. Məhz bu iclasda bir qarış da torpağın güzəştə gedilməməsi və qondarma qurumun müstəqilliyi ön plana çəkildi. Göründüyü kimi, Ermənistanda nə "xalqların sülhə hazırlanması", nə də əsirlərin "Hamının hamıya" prinsipi üzrə dəyişdirilməsi müzakirə olunmur. Ona görə də növbəti danışıqlar prosesi yenidən atəşkəsin qorunması üçün keçirilir. Burada Minsk qrupu və Ermənistan maraqlıdır”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan belə bir görüşə etimad etməməlidir: “Məsələni hərbi müstəviyə qaldırmalı, konkret vaxt və tələb ortaya qoymalıdır. Artıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağla bağlı bütün variantlarda Azərbaycana dəstək verəcəklərini qeyd etdi. Məhz bu xüsusda Azərbaycan prosesdə tək deyil və artıq hərəkətə keçməlidir. Bildirim ki, Rusiya payızda Ermənistana yeni kiçik həcmdə olsa da, silah partiyası göndərəcək. Bura zenit raket kompleksləri və zirehli texniklar daxildir. Bu silahlar təbii ki, Qarabağda yerləşdiriləcək. Moskvanın məqsədi maksimum Azərbaycanı çəkindirməkdi”. pizza mizza
Telegram kanalımız