“ABŞ vitse-prezidenti Münhendə tarixi çıxış etdi. O, bizim üçün yeni heç nə demədi. Amma Paşinyan rejiminin nə qədər ikiüzlü və rüsvayçı olduğundan bəhs etdi”.
Yenisabah.az Konkret.az-a istinadən xəbər verir ki, Bunu Ermənistanın “Respublika” Partiyasının sədr müavini Armen Aşotyan deyib.
O, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında məşhur çıxışından bəzi məqamlara toxunub: Dominos pizza
“Mən bütün konfransı izlədim, vitse-prezidentin çıxışı tarix idi. Orada yeni heç nə deyilmədi. İllərdir Ermənistan timsalında Paşinyan rejiminin liberal faşizmə can atmasından bəhs edildi. Paşinyan ən azı ABŞ-da geosiyasi sponsorlarını itirmək təhlükəsi ilə üz-üzədir. Mən heç vaxt Paşinyanın dəyişikliklərini transformasiya və mutasiya hesab etməmişəm. Onun məqsədi birdir. Nikol istəyir ki, Ərdoğan onun yeganə geosiyasi himayədarına çevrilsin”, - deyə Aşotyan vurğulayıb.
Telegram kanalımız