Paşinyanın bu müavini “rus casusu”dur   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın bu müavini “rus casusu”dur - ŞOK İDDİA

Siyasət

25 Yanvar 2025 13:44 533


Ermənistan parlamentinin Avropaya inteqrasiyası üzrə daimi komissiyasında “Ermənistanın AB-yə qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsi zamanı hakim partiyadan olan deputat Sona Qazaryan bildirib ki, baş nazirin bu məsələlərlə bağlı yeni müavininin olması zəruridir.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, erməni mediası Baş nazirin müavini Mger Qriqoryana qarşı dərin inamsızlıq olduğu, hətta onun “Rusiya casusu” hesab edildiyi üçün bu təklifin səsləndiyini yazıb.

İddia edilib ki, məhz bu səbəbdən Ermənistanın Avropaya inteqrasiya məsələsinə Mger Qriqoryanın rəhbərlik etməsi məqbul sayılmayıb. pizza mizza

“Təbii ki, Mülki Müqavilənin deputatı bunu etiraf etmədi, əksinə, Mger Qriqoryanın öz funksiyaları, eləcə də sərhədin demarkasiyası komissiyasının işi ilə çox məşğul olduğunu, Tiqran Xaçatryanın isə maliyyə məsələlərini koordinasiya etdiyini bildirdi. Ona görə də təklif edildi ki, baş nazirin Avropaya inteqrasiya məsələləri üzrə yeni müavini olsun”, - “Hraparak” qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!