Ermənistan Milli Məclisində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Artur Ovhannisyan və Lilit Minasyan mediaya qarşı təşəbbüslə çıxış ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri qeyd edir ki, deputatlar dövlət orqanlarına lazım gəldikdə jurnalistləri akkreditasiyasından məhrum etməyə icazə veriblər. pizza hut
“Bu gün qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi, xüsusən də dövlət orqanına jurnalisti akkreditasiya məhrum etmək imkanı verilməsi təklif edilir”, - deyə "Hraparak" qəzeti vurğulayıb.
Telegram kanalımız