Paşinyanın diplomatik pasportu oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın diplomatik pasportu oğurlandı

Hadisə

26 Yanvar 2021 21:30 1008


Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabrında ölkə hökumətinin binasına soxulan şəxslər tərəfindən oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan "Armenpress" agentliyinə bildirib.

Hökumət binasından ümumilikdə 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib. Dominos pizza

"Bu pasportlar arasında baş nazirin də diplomatik pasportu vardı", - Naqdalyan deyib.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağda atəşin dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Bəyanatın elan olunmasından sonra Ermənistanda kütləvi iğtişaşlar baş verib. Minlərlə insan hökumət binalarına soxularaq talanlar, dağıntılar törədib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!