Paşinyanın ən qatı əleyhdarı hakim qarşısına çıxır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın ən qatı əleyhdarı hakim qarşısına çıxır

Rəsmi

16 İyul 2022 22:49 1071


“Birləşmə” hərəkatının üzvü, ictimai-siyasi xadim Avetik Çələbyanın işi Mnatsakan Martirosyanın hakimliyinə həvalə edilib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Ermənistan Məhkəmə İnformasiya Sisteminin məlumatına görə, ittiham aktına əsasən, Çələbyan mayın 4-də “Dalan” restoranında, sonra isə mayın 8-də Ermənistan Milli Aqrar Universitetinin tələbə şurasının otağında tələbə ittifaqının rəhbəri Tornik Aliyanın vasitəsilə “Müqavimət” və “Birləşmə” hərəkatlarının toplantılarında iştirak etmək üçün 2 milyon dram civarında rüşvət alıb.

Xatırladaq ki, Avetik Çələbyanın müdafiə komitəsinin məlumatına görə, o, siyasi təqiblərə məruz qalır. pizza sifarişi

Qeyd edək ki, Çələbyan Paşinyan iqtidarına qarşı radikallığı ilə tanınan şəxslərdən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!