2019-cu ildə "Politik.am" saytı Nikol Paşinyanın qızı Mariam Paşinyanın dövlət hesabına xidməti avtomobil aldığını öyrənib.
Yenisabah.az xəbər verir ki, erməni nəşri qeyd edib: “Bu yazıda yazmışdıq ki, Baş nazirin qızı Mariam Paşinyan üçün dövlət hesabına səxavətli xərclər edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin hesabına Mariam Paşinyan üçün "130 uu 01" dövlət nömrə nişanlı 2019-cu il istehsalı olan “Nissan X Trail” markalı avtomobil alınıb.
Hökumətdəki mənbələrimizin verdiyi məlumata görə, avtomobili Mariam Paşinyan şəxsən özü seçib. Maşın salondan alınıb və dövlətdən 27 min ABŞ dollarından artıq vəsait xərclənib”. Toyuqlu pizza
Bu gün oxucularımızdan biri dövlət qulluqçularının Mariam Paşinyana necə xidmət etdiyini lentə alıb”, – deyə "Politik.am" yazıb.
Telegram kanalımız