Paşinyanın etdiyi hərəkət Putini əsəbiləşdirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın etdiyi hərəkət Putini əsəbiləşdirdi - Video

Siyasət

20 Dekabr 2019 20:20 1080


Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasın gedişatında Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında gərgin anlar yaşanıb. Paşinyan AİB-ə üzv dövlətlərin rəhbərlərini, xüsusi qonaq qismində iştirak edən Moldova prezidenti İqor Dodonu və təşkilatın fəxri sədri Nursultan Nazarbayevi salamlayıb. Bura qədər hər şey öz axarında olsa da, erməni nazir sonradan protokolu qaydalarını kobud şəkildə pozaraq, tədbirə ev sahibliyi edən Rusiyanın prezidentinə söz verməyi unudub.

Dərhal müdaxilə edən Belarus prezidenti Aleksandr Lukaşenko protokol üzrə V.Putinə söz verilməli olduğunu xatırladıb. Lakin V.Putin protokol qaydasının bu cür kobud şəkildə pozulmasında sonra Nikol Paşinyanın çıxış üçün ona söz verməsini nəzərə almayıb və danışmağa ehtiyac olmadığını deyib.  Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik (hadisə videogörüntünün 8-ci dəqiqəsindən sonra baş verib):


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!