Paşinyanın fraksiyası parlamentdə Qarabağ komissiyasına “yox” deyir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın fraksiyası parlamentdə Qarabağ komissiyasına “yox” deyir

Rəsmi

06 Avqust 2021 17:37 1669


Baş naziri Nikol Paşinyanın fraksiyası Ermənistan parelamentində Qarabğla məsələləri üzrə komissiyanın yaradılmasına səs verməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə fraksiya katibi Nazeli Baqdasaryan jurnalistlərə açıqlama verib.

O, “Şərəfim Var” blokunun bu yöndəki təklifini dəstəkləmədiklərini, öz təkliflər paketinə malik olduqlarını vurğulayıb. Dominos pizza

Həmçinin “Vətəndaş Müqaviləsi” partiyasının müdafiə və təhlükəsizliklə yanaşı, dövlət və hüquq məsələləri üzrə parlament komissiyasına rəhbərlik etmək niyyətində olduğunu da diqqətə çatdırıb.

“Fraksiyalar arasında heç bir siyasi məsləhətləşmə olmayıb, buna görə də ortada komissiyaların bölüşdürülməsi ilə bağlı heç bir razılaşma yoxdur. Sadəcə komissiyaları əvvəl seçmək hüququmuz olduğuna görə bu iki məsələyə üstünlük verəcəyik”, - deyə Nazeli Baqdasaryan qeyd edib.

Yeri gəlmişkən, Ermənistanda müxalifət də parlamentin müdafiə və təhlükəsizlik komissiyasına başçılıq etmək istəyir. Hətta İşxan Saqatelyan “Ermənistan” blokunun təhlükəsizlik, xarici siyasət və iqtisadi bloklarla maraqlandığını söyləmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!