Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

Siyasət

21 May 2025 23:58 8377


Gəlin bu suala cavab verməyə çalışaq. Sizcə, Ermənistanın bugünkü rəhbərləri bir il ərzində ölkənin ziyanına olacaq hər hansı addımı ata bilərlərmi? Məsələn, bir neçə aydan sonra bir kağıza imza atıb deyə bilərlərmi ki, biz Ermənistandan rus sərhədçiləri çıxarırıq, Rusiya bazasını Ermənistandan çıxarırıq? Bu, bizim təhlükəsizliyimizi gücləndirəcəkmi?

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan “gələn il keçiriləcək seçkiləri gözləyək” ritorikası haqda danışarkən deyib.

“Sizcə, yaxın gələcəkdə, yəni bir neçə ay ərzində onların qondarma sülh sazişinə imza atma ehtimalı çoxdur, yoxsa azdır? Məncə, bu ehtimal yüksəkdir. Bu müqavilədə nə yazıldığını bilirikmi? Bunu heç birimiz bilmirik. Bu razılaşmanın Ermənistan üçün müsbətdən çox mənfi təsirləri olacaqmı? Dominos pizza

İmzalanma (sülh sazişi – red.) baş tutsa və (gələn il) müxalifət (seçkidə) qalib gəlsə, bu müqaviləni asanlıqla ləğv edə biləcəkmi? Onda biz özümüzü günahlandırmayacağıqmı ki, bütün ili heç nə etməməklə və yalnız onları tənqid etməklə keçirmişik?

Çox güman ki, bir, iki və ya üç aya Ermənistanın müəyyən hissəsi, Tavuşda olduğu kimi, Azərbaycana keçəcək! (Anklavların qaytarılmasını Sərkisyan “Ermənistanın müəyyən hissəsi” adlandırır – red.) Bəs o, Azərbaycana verilsə və müxalifət qalib gəlsə, biz onu geri ala biləcəyikmi?” – Sərkisyan bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!