Paşinyanın istefa şərtləri müzakirə edilib

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın istefa şərtləri müzakirə edilib

Dünya

30 Dekabr 2020 13:42 1250


“Baş nazir Nikol Paşinyanla görüşdə ona ölkənin indiki ağır vəziyyətdən çıxarılması məqsədilə istefası zərurəti haqqında bildirdim”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri ilə görüşdən sonra "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan jurnalistlərə bildirib.

"Paşinyana dedim ki, yeganə çıxış yolu onun istefasıdır, partiyamızın mövqeyi dəyişməyib. Əgər növbədənkənar parlament seçkilərindən danışırıqsa, o zaman hesab edirəm ki, müvəqqəti baş nazir olmamalıdır. Bu şərtləri qəbul etsə, onda hər şeydən danışacağıq”, - Sarukyan deyib. Dominos pizza

Sarukyan Paşinyanın bu tələbə necə reaksiya verdiyini açıqlamayıb. (Report)

Ermənistanın baş nazirinin müxalif partiya sədri ilə görüşü parlamentdə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!