Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı

Hadisə

02 Dekabr 2020 01:01 730


Ermənistanın müxalifət qüvvələri İrəvanda baş naziri Nikol Paşinyanın istefasını tələb edərək növbəti etiraz aksiyasını keçiriblər.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, 35 etirazçı saxlanılaraq polis bölməsinə aparılıb.

Bildirilib ki, aksiya zamanı etirazçılar İrəvanın mərkəzi prospektlərindən birini bağlamağa çalışsalar da, polisin müdaxiləsi nəticəsində qarşısı alınıb. Kütlənin bir hissəsi hökumət binasına doğru yürüş ediblər. Dördpendirli pizza

Qeyd edək ki, İrəvanda müxalifətin etiraz mitinqləri davam edir. Nümayişçilər Paşinyanın Dağlıq Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən onun istefasını tələb edirlər.

Xatırladaq ki, ötən gün də İrəvanda aksiya zamanı 30-dan çox etirazçı polis tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!