“Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında əlaqə müharibədən sonra geridönməz şəkildə pozulub. Əslində isə Paşinyan dövlət institutlarının dəyərinə və onların roluna özünün dar şəxsi prizmasından baxır”.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri gündəlik sərlövhəli məqaləsində bildirib.
Erməni nəşri mövzunu belə davam etdirib: pizza mizza
“Bu il də o, katolikos II Qaregini avqustun 21-də qeyd olunan ad günü münasibəti ilə təbrik etməyib, Paşinyan isə hakimiyyətə gəldikdən sonra üç il ardıcıl olaraq II Qaregin həzrətlərini həmişə təbrik edib, onun böyük əhəmiyyətini və rolunu vurğulayıb.
Müharibədən sonra isə katolikos hakimiyyəti açıq şəkildə tənqid edəndə o, Paşinyanın gözünə tikan kimi batdı. Bəzi məlumatlara görə, hökumətin nəzarətində olan mediaya, hətta ictimaiyyət nümayəndələrinə katolikosların fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılıb. Baş nazir niyə katolikoslarla açıq müharibəyə başlayıb, cavabı maraqlıdır”.
Telegram kanalımız