“Nikol Paşinyan anti-Rusiya siyasətini davam etdirir”.
Yenisabah.az "RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya agentliyinə müsahibəsində "Şərəfim var" blokunun seçki siyahısına rəhbərlik edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan bildirib.
Onun sözlərinə görə, Paşinyan 2018-ci ildə baş nazir vəzifəsinə gəlməzdən əvvəl Rusiya Federasiyasının üzv olduğu birlikləri, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT-ni tənqid edib. “Baş nazir olduqdan sonra o, xarici siyasətdə kəskin dəyişiklik etməkdən boyun qaçırıb. Son üç ildə Paşinyanın komandası Rusiya ilə münasibətləri metodik olaraq korlayıb. Müharibə etdiyimiz zaman Rusiyanın yeganə müttəfiqimiz olduğunu başa düşüblər və Rusiyanın səyləri sayəsində Qarabağdakı hərbi əməliyyatlar dayandırılıb. İndi Paşinyan və komandası hər zaman Rusiyanın müttəfiqi olduqlarını göstərməyə çalışaraq, Rusiya ilə mükəmməl əlaqələrə sahib olduqlarını ifadə edir". pizza
Artur Vanetsyan bunun yalnız praktikada sübut edilə biləcəyini vurğulayıb. “Paşinyanın özü indi anti-Rusiya kampaniyası aparır” demək ədalətsizlik olardı. Bunu onun “peyklər”i edir. Bəli, Paşinyanın dəstəklədiyi qüvvələr ölkə daxilində anti-Rusiya kampaniyası aparır. Belə bir şey var və bu, sadəcə qəbuledilməzdir".
Telegram kanalımız