Paşinyanın maaşı nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın maaşı nə qədərdir?

Rəsmi

10 Dekabr 2022 12:48 1275


Gələn il Ermənistanda yüksək maaş alan məmurların gəlirləri daha da artacaq.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, hazırda ən yüksək məvacibi Ermənistan prezidenti Vahan Xaçatryan alır. Onun maaşı 1 milyon 323 min dramdır (5 690 AZN). 2023-cü ildə isə Xaçatryanın maaşı 1 milyon 664 min dram (7 156 AZN) olacaq.

Nikol Pşinyanın maaşı 1 milyon 256 min 660 dramdır (5 405 AZN). 2023-cü ildən Baş nazir aylıq maaşı 1 milyon 580 min dram (6 795 AZN) olacaq. Toyuqlu pizza

Milli Məclis sədri Alen Simonyanın maaşı 1 milyon 190 min 520 dramdır (5 120 AZN) və yanvarın 1-dən o, 1 milyon 497 min 600 dram (6 441 AZN) məvacib alacaq.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın aylıq maaşı (1 milyon 25 min 170 dramdır, yaxud 4 409 AZN) gələn il 1 milyon 289 min 600 dram (5 546 manat) olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!