Paşinyanın mətbuat katibinin evindən külli miqdarda pul oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın mətbuat katibinin evindən külli miqdarda pul oğurlandı

Dünya

26 Fevral 2025 16:53 233


Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryanın mənzili qarət edilib. 

Yenisabah.az erməni KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər evdən külli miqdarda pul oğurlayıblar. 

Bu hadisədən sonra Nikol Paşinyan şəxsən Ermənistan Respublikasının polis rəisi Aram Hovhannisyana və Arpine Sarkisyana mənzillərdən edilən oğurluqların açılması üçün fəal addımlar atmağı tapşırıb.  Toyuqlu pizza

Nəticədə ötən gecə Daxili İşlər Nazirliyinin Kriminal Polis İdarəsinin Baş İdarəsi və İrəvan Kriminal İdarəsi həm İrəvanda, həm də bölgələrdə məmurların evlərini qarət etməkdə şübhəli bilinən bir qrup şəxsi zərərsizləşdirib./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!