Paşinyanın müavinindən bədbin proqnoz: “Gərgin il olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın müavinindən bədbin proqnoz: “Gərgin il olacaq”

Dünya

02 Noyabr 2020 13:26 1807


“2021-ci il Ermənistan üçün gərgin il olacaq”. 

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan parlamentin Maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının iclasında büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Qriqoryan qeyd edib ki, Ermənistan birgə səylər nəticəsində bütün mümkün riskləri və problemləri nəzərə alacaq büdcəyə sahib ola bilər. Dominos pizza

Ermənistan iqtisadiyyatı hazırda çöküş ərəfəsindədir. Qarabağ müharibəsi və koronavirus ölkə iqtisasiyyatına sarsıdıcı zərbə vurub. Təkcə Qarabağ müharibəsində Ermənistan 2 milyard dollardan çox hərbi texnika itirib. İndi hərbi parkın yenilənməsi üçün maliyyə qaynaqları lazımdır. 

Lakin mütəxəssislər hesab edir ki, beynəlxalq maliyyə qurumlarının indiki situasiyada Ermənistana “qapı açacağı” inandırıcı görünmür. Mütəxəssislər hətta ölkənin defolt riski ilə üz-üzə qaldığını söyləyirlər.

Mqer Qriqoryanın gələn üçün gərginlikdən danışması isə acı həqiqətin bir qədər şirin formada təqdim edilməsidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!