“Paşinyan gələnə qədər mühafizəçilər qocalar evinin yanındakı mənzillərə soxulublar”.
Yenisabah.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Erməni nəşri Baş nazirin aprelin 16-da Gümrüyə etdiyi səfər barədə sensasiyalı iddialar səsləndirib: pizza hut
“Şənbə günü Baş nazir Nikol Paşinyan kortejlə Gümrüyə səfər edib. Səfər zamanı o, Yaşlılara Qayğı Mərkəzində aparılan işlərlə tanış olub. Baş naziri əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və Şirak (Şörəyel) qubernatoru Nazeli Baqdasaryan müşayiət ediblər.
Rəsmi açıqlamada “Baş nazir burada yaşayan yaşlılarla söhbət etmək üçün mərkəzə gəldi, onların problemlərini diqqətdə saxladığına görə, yaşlılar Baş nazirə təşəkkür etdi” yazılıb. Qısası, yaşlılar ölkəni fəlakətin astanasına gətirən Baş nazirə təşəkkür ediblər. Amma bu mesajın arxasında başqa hadisələr gizlənir.
Gümrüdəki qocalar evinin sakinlərindən biri bildirib ki, səfərdən əvvəl çoxsaylı mühafizəçi qocalar evinə bitişik evlərə soxularaq hər şeyi ələk-vələk edib. Onlar Nikol Paşinyanın təhlükəsizliyini təmin etdiklərini bildiriblər.
Aydındır ki, Baş nazir və onun mühafizə xidməti hər yerdə silah, sursat, snayper, sui-qəsd görür. Görünür, onlar sadə vətəndaşları narahat edəndə, qorxu hisslərini nümayiş sərgiləyirlər”.
Telegram kanalımız