Paşinyanın oğlu da Moskvaya qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın oğlu da Moskvaya qaçdı

Hadisə

16 Yanvar 2021 16:30 886


Nikol Paşinyanın həyat yoldaşı və qızlarından başqa, oğlu Aşot Paşinyanın da gizlincə Moskvaya getdiyi barədə məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mediaport” “Telegram” kanalında video paylaşılıb.

Moskvadakı “Ararat Hayat” hotelinin həyətindən videonu kanala göndərən şəxs bildirib ki, dünən gecə yarısından sonra Anna Akopyana xidmət edən avtomobillə Aşot Paşinyan da hotelə gətirilib. pizza hut

Qeyd edilir ki, təxminən bir həftə əvvəl Nikol Paşinyanın həyat yoldaşının, uşaqlarının Rusiya vətəndaşlığını almaq üçün Moskvaya getdiyi bildirilib. Paşinyanların Moskvanın elit bölgələrindən birində villa alacağı məlum olub.

Erməni mənbə yazır ki, Ermənistanın taleyi ilə məşğul olmaq əvəzinə, Nikol Paşinyan öz ailəsinin gələcəyi və rifahı ilə maraqlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!