Paşinyanın parlament fraksiyası dağılır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın parlament fraksiyası dağılır

Dünya

30 Dekabr 2020 13:19 707


Ermənistan parlamentinin deputatı Anna Qriqoryan "Mənim addımım" fraksiyasını tərk edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

Deputat buna baxmayaraq, mandatından imtina etməyib. pizza hut

"Əziz həmvətənlər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamaq, amma "Mənim addımım" fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan xalqın ədalətli tələbləri səsləndirməyi öz vəzifəm hesab edirəm”, - deyə deputat yazıb.

O, qeyd edib ki, bundan sonra parlamentdə mandatını müstəqil, siyasi mənsubiyyəti olmayan deputat kimi saxlayacaq. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!