Paşinyanın partiyası prezident postuna namizədlik ilə bağlı qərarını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın partiyası prezident postuna namizədlik ilə bağlı qərarını dəyişdi

Rəsmi

30 Yanvar 2022 21:26 1201


Ermənistanda Vətəndaş Razılaşması Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın namizədliyini irəli sürəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli “Haykakan Jamanak” qəzeti yazıb.

1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib. Sezar pizza

Qeyd edək ki, daha öncə hakim partiyanın Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyanın prezidentliyə namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Ermənistanın artıq sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, dövlət başçısının səlahiyyətlərini “müharibə və ya sülh məsələlərinə təsir etmək” üçün yetərsiz adlandırıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!