Paşinyanın partiyasına Ermənistanda qadağa qoyulur

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın partiyasına Ermənistanda qadağa qoyulur

Dünya

01 Dekabr 2020 15:33 1131


Ermənistanda Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının fəaliyyətinə qadağa qoyulması təklif edilir.

Yenisabah.az eməni mediasına istinadən xəbər verir ki, bu təkliflə “Respublika” partiyası sədrinin birinci müavini Armen Aşotyan çıxış edib.

“Müharibə ilə bağlı hərtərəfli araşdırma aparıldığı müddətdə bu pariyanın icraedici və qanunverici orqanlarındakı nümayəndələri vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Çoxları görür ki, münaqişənin alovlanması və biabırçı sonluqla bitməsi barədə pərdəarxası sövdələşmələrin olmasına dair informasiyalar və təhlillər var. Hüquqi baxımdan dövlətə xəyanət olubmu, yoxsa bu, sui-qəsd kimi qiymətləndirilə biləcək gerizəkalıq və satqınlıqdı? Hakimiyyət dəyişikliyindən dərhal sonra yaradılacaq istintaq komissiyasında buna aydınlıq gətirilməlidir”, - deyə Aşotyan vurğulayıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!