"Artsaxın Azərbaycanın tərkibində olması Artsaxın və Ermənistanın məhvi deməkdir".
Yenisabah.az xəbər verir ki, bunu NEWS.am-a müsahibəsində keçmiş poliz zabiti Qaqik Hambardzumyan bildirib.
“Burada məsələ ondadır ki, baş nazirin məqsədi Artsaxdan başlayaraq, bütöv Ermənistanı məhv etməkdir. İndi yeganə sual ölkəmizin məhvini nə qədər gözləyəcəyimizdir”. Pepperoni pizza
Nikol Paşinyanın Brüsselə səfərinə toxunan Qaqik Hambardzumyan, oradan bəzi siqnallar verildiyini və bunların sadəcə detallar olduğunu açıqlayıb:
"Burada vacib olan siqnalın haradan və nə vaxt gəldiyi deyil, nə edəcəkləridir. Onsuz da açıq elan edirlər ki, sizi məhv edəcəyik. Bu, ermənilərin qovulması şəklində olacaq, lakin son məqsəd ölkənin məhv edilməsidir".
Qaqik Hambardzumyan müxalifətin Azadlıq meydanındakı hərəkətlərinə və gözləntilərinə toxunaraq bildirib: “Bu günlərdə hər kəs qətiyyətli və aktiv hərəkət gözləyir. Hamı ümid edir ki, ölkəni xilas etmək üçün başlanan aksiyalar davamlı olmalıdır.
Hakimiyyət qırmızı xətləri çoxdan keçib. Onlar 44 günlük müharibədən əvvəl kəsilib, lakin ictimaiyyətə görünmürdü. Biz öz xalqını məhv etmək niyyətində olan bir adamla qarşı-qarşıyayıq”.
Cavad Salmanlı
Telegram kanalımız