Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

Dünya

20 Oktyabr 2020 12:16 40876


Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib.

Mariam “Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin səsləndirilməsi xoş qarşılanmayıb.

Nikolun qızı statusunda yazıb ki, “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”. Toyuqlu pizza

Mariam Paşinyanın statusuna görə sosial şəbəkələrdən ciddi təzyiq olunub. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Mariamın Soros qulu olan atası bu ölkəni uçuruma sürükləyib

Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır...”. /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!