Ermənistan Baş naziri dekabrın 24-də onlayn keçirilən mətbuat konfransı zamanı deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb.
Nikol Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin "xeyrinə" getməyib. Onun sözlərinə görə, Qarabağ məsələsini tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün faciəvi olub.
Yenisabah.az-a açıqlamasında qırğız tarixçi, “Prudent Solution” Analitika Mərkəzinin direktoru Esen Usubaliyev bildirib ki, Ermənistan Baş nazirinin bu açıqlamasının səbəblərini anlamaq çox çətindir: Pepperoni pizza
“Mən yalnız güman edə bilərəm ki, Qarabağa tarixi iddialardan əl çəkmək ikinci Qarabağ müharibəsindən sonra erməni xalqının ağır psixoloji durumundan çıxmaq cəhdidir. Bəlkə də, Nikol Paşinyan bu açıqlaması ilə Qarabağın heç vaxt ermənilərin olmadığını göstərib və illərlə zəbt etdikləri, işğal altında saxladıqları torpaqları itirməyin acısını azaldıb”.
“Ermənistanın, nəhayət, sülh istəyirmiş kimi görünməsinə baxmayaraq, mən burada heç bir barışıq jesti görmürəm. Təbii ki, Ermənistan sülh istəyir, amma onların bunu qəbul etməsinin rahat olacağı şərtlər daxilində. Bu bəyanatlar məmnuniyyətlə qarşılanmalıdır, ancaq, fikrimcə, onların həm də daxili bir məqsədi də var - Ermənistanın məğlubiyyətinin nəticələrini yumşaltmaq”.- deyə ekspert fikirlərini tamamlayıb.
Telegram kanalımız