“Ermənistanla Azərbaycan arasındakı sərhədin Dağlıq Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur. Sərhəd 1991-ci ildə iki ölkə müstəqil olduqdan və Almatı Bəyannaməsi ilə təsdiqləndikdən sonra mövcuddur”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Mariya Karapetyan bildirib.
“Əgər Ermənistan başqa bölgədə olsaydı, “Artsax” xalqı öz müqəddəratını təyinetmə prosesindən keçərdi, elə deyilmi? Ermənistan-Azərbaycan dövlətlərarası sərhədinin Dağlıq Qarabağ məsələsi ilə heç bir əlaqəsi yoxdur, Ermənistan ərazi mübahisələrinə görə bu münaqişədə heç bir rol oynamayıb. Çünki bu, ərazi mübahisəsi deyil və Ermənistan ərazi mübahisəsinə cəlb edilməməlidir”, – deyə Karapetyan vurğulayıb.
Telegram kanalımız