Paşinyanla bağlı araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanla bağlı araşdırma başladı

Siyasət

06 İyun 2025 19:37 397


Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı təhqiramiz paylaşımı ilə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan bildirib.

Onun sözlərinə görə, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır. İyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar veriləcək. Sezar pizza

Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq.

Xatırladaq ki, Paşinyan mayın 29-da hökumətin iclasında erməni kilsələrini zibillə dolu şkaflara bənzədib. Mayın 30-da o, "Facebook" səhifəsində arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi əlaqədə olmaqda ittiham edib. Baş nazir daha sonra katolikosu subaylıq andını pozmaqda günahlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!