Paşinyanla görüş sonrası ilk açıqlama: “Xaricilər problem yaradır“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanla görüş sonrası ilk açıqlama: “Xaricilər problem yaradır“

Rəsmi

01 Noyabr 2022 14:15 1187


"Qonşuluq siyasəti hökumətin vurğuladığı siyasətlərdən biridir və bu müddət ərzində Paşinyanla bir neçə görüşümüz olub. Bu görüşlərdə, xüsusən də budəfəki səfərdə danışıqların əsas mövzusu kommersiya və iqtisadi əlaqələrinin inkişafı, habelə təhlükəsizlik məsələsidir”.

Yenisabahg.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistn baş naziri ilə danışıların bitməsindən sonra deyib.

O, mətbuat üçün açıqlamasında qeyd edib: "Şübhə etmirəm ki, Ermənistan nazirinin İran İslam Respublikasına ilk səfəri iki ölkənin tanıtımında dönüş nöqtəsi olacaq. Son bir neçə ayda Ermənistanla ticarət əlaqələrində 43% artım qeydə alınıb, lakin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı üçün hədəf 3 milyard dollardır". pizza hut

Prezident əlavə edib: "İki ölkə arasında yaxşı münasibətlər, şübhəsiz ki, regionda və beynəlxalq səviyyədə daha yaxşı münasibətlərə gətirib çıxaracaq. Qafqaz regionu İranın tarixi, sivilizasiya-mədəni arealının bir parçasıdır. Bölgədə təhlükəsizlik və sülh İran üçün çox vacibdir. Regional məsələlərin həlli eyni bölgəyə məxsus rəsmilərin iştirakı ilə olmalıdır. Xarici aktorların hər cür müdaxiləsi problemləri həll etmək əvəzinə, problem yaradacaq. Qafqazın imkanları bu regionda sabit təhlükəsizliyə və sülhə zəmanət verə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!