“Patı“ ilə tutuldu, başqa cinayəti də üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Patı“ ilə tutuldu, başqa cinayəti də üzə çıxdı

Kriminal

05 Avqust 2021 10:11 962


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib. Sezar pizza

S.Kamranzadə barəsində Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!